Şahmatçılarımız beş medalla mükafatlandırılıb

Albaniyada keçirilən məktəblilər arasında şahmat üzrə Avropa çempionatına  yekun  vurulub.

   

Azərbaycan Şahmat Federasiyasından bildirilib ki, 25 ölkədən 208 şahmatçının qatıldığı qitə birinciliyində ölkəmizi təmsil edən şahmatçılarımız  beş medalla mükafatlandırılıblar.

 

Belə ki, şahmatçılarımız iki qızıl, iki gümüş və bir bürünc medala sahib olmaqla, medal sıralamasında üçüncü yeri tutublar.

 

On yeddi yaşadək oğlanların yarışında Aqil İsrailov və 9 yaşadək oğlanların mübarizəsində Yasin Əzimov çempionatın qızıl medalına layiq görülüblər.  On üç yaşadək olan kateqoriyada Səadət Bəşirli qızların, Mirsaleh Seyidli isə oğlanların yarışında gümüş, on beş yaşadək qızlar kateqoriyasında çıxış edən Nurtən Nuriyeva bürünc medal qazanıblar.

 

Sifai SƏFƏROVA

 

 



22.05.2023 | 15:01