“Qaranlıq dünya”

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) memarlıq fakültəsinin tələbəsi Əvəz Cəfərovun “Qaranlıq dünya” adlı sərgisi açılıb.

 

Universitetin Elektron Kitabxanasının təşkilatçılığı ilə Rəsm Qalereyasında keçirilən sərgidə müasir incəsənətin mahiyyətini açan düşündürücü əsərlər yer alıb.

 

Gənc rəssamın "Qaranlıq dünya" sərgisi iki fərqli komponentdən ibarətdir - virtual sərgi və səliqəli fiziki vitrin. Əsərlər virtual və müntəzəm komponentlərə bölünərək dünyanın gizli aspektlərinin unikal perspektivini təqdim edir. Bu immersiv mühit ziyarətçilərə hər bir işin təfərrüatını və fakturalarını qiymətləndirmək imkanı verir, onların ictimai təcrübələrini zənginləşdirir.

 

Sərgi zalı “qaranlıq dünya” ab-havasını yaradır və gəncin sənətkarlıq üslubunu düşünməyə dəvət edir.

 

Sərgi bədii kompozisiya  ilə davam edib. Tədbirdə tikinti-iqtisad fakültəsinin 3 kurs tələbəsi Elman Mahmudovun  rəssamın əsərlərinə ithafən yazdığı musiqi və şeirlər səsləndirilib.

 



22.05.2023 | 16:04