İyunun 5-dən BDU-da yaz imtahan sessiyası başlayacaq

Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclasında tədris və təlim texnologiyaları üzrə prorektor Fərda İmanov 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və Yekun Dövlət Attestasiyasının (bakalavriat və magistratura təhsil səviyyələri üzrə) keçirilməsi haqqında məlumat verib.

 

Bildirilib ki, 2023-cü ilin iyun ayının 5-dən iyulun 5-dək imtahan sessiyasının keçirilməsi, müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2023-cü il iyul ayının 6-dan 12-dək şərait yaradılması barədə qərar qəbul olunub. Yekun dövlət imtahanlarının 31 may – 01 iyun, təkrar yekun dövlət imtahanlarının isə 20-21 iyun tarixlərində təşkil edilməsi qərara alınıb.

 



23.05.2023 | 10:11