Müqəddəs Kliment Oxridski Universitetində Ulu Öndər Heydər Əliyevlə bağlı mühazirə təqdim edilib

Bolqarıstanın Müqəddəs Kliment Oxridski Universitetinin tələbələri üçün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş mühazirə təqdim edilib.

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən (BBMM) bildirilib ki, əvvəlcə, universitetin Azərbaycan Mədəniyyəti və Dili Mərkəzinin direktoru Sofiya Şiqayeva-Mitreska Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişafında Heydər Əliyevin rolundan danışıb. Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçısı Preslav Tsanov isə fevral ayında Ümummilli Liderin yubileyinə həsr olunmuş Qış Məktəbi ilə bağlı təəssüratlarını bölüşüb.

 

Daha sonra tələbələr BBMM-in Tədris şöbəsinin müdiri İrina Kuninanın “Müstəqil Azərbaycanın formalaşmasında Heydər Əliyevin rolu” mövzusunda məruzəsini dinləyiblər. Məruzə fəal müzakirələrlə yekunlaşıb.
 

Qeyd edək ki, BBMM ilin sonuna qədər “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu  xarici ali təhsil müəssisələrində Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirləri davam etdirəcək.

 



24.05.2023 | 10:19