ADPU-da Nailə Mirməmmədlinin baralyefinin açılışı olub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) incəsənət və fiziki tərbiyə fakültəsində fakültənin müəllimi olmuş mərhum bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin doğumunun 62-ci ildönümü ilə əlaqədar görkəmli bəstəkarın adına auditoriya və baralyefinin açılışı olub.

 

Tədbirdə universitetin ümumi işlər üzrə prorektoru Tural Cəlilov, rektorun müşaviri Ümid Mehdiyev, fakültə dekanı dosent Anar Fərmayılov, kafedra müdirləri, professor-müəllim və tələbə heyəti iştirak edib.


Bəstəkarın ailə üzvlərinin də qatıldığı tədbirdə fakültənin professor-müəllim heyəti bəstəkar haqqında öz xatirələrini bölüşüb, onun keçdiyi həyat yolundan fraqmentlər, lentlər və videoçarxlar nümayiş etdirilib.

 

Daha sonra fakültə tələbələrinin ifasında bəstəkarın əsərləri ifa olunub.

 

 



26.05.2023 | 17:10