AzMİU-da valideynlər üçün “Açıq qapı” günləri keçiriləcək

2022/2023-cü tədris ilinin yaz semestrinin yay imtahan sessiyası ilə əlaqədar  Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) valideynlər üçün “Açıq qapı” günləri keçiriləcək.

 

İmtahan dövründə tələbə və magistrantların, həmçinin onların valideynlərinin yarana biləcək suallarının operativ cavablandırılması məqsədini daşıyan “Açıq qapı” günləri 12, 19 və 24 iyun tarixlərində, saat 09:30-13:00 aralığında təşkil olunacaq.

 

12 iyun tarixində keçirilən “Açıq qapı” günündə AzMİU-nun mexanika və informasiya texnologiyaları, su təsərüfatı və mühəndis kommunikasiya sistemləri fakültələrinin, 19 iyun tarixində nəqliyyat, su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri, inşaat və memarlıq fakültələrinin, 24 iyunda isə tikinti-iqtisad, mexanika və informasiya texnologiyaları, su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri və memarlıq fakültələrinin tələbələrinin valideynləri iştirak edə bilərlər.

 



11.06.2023 | 10:31