4-cü siniflərdə monitorinq keçirilib

Bu gün Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq təşkil olunub.

 
Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılıb.

 

Monitorinqin nəticəsi nə şagirdlərin yekun balına, nə də onların sinifdən sinfə keçmələrinə təsir göstərmir.

 

Əsas məqsəd ibtidai təhsilin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını, eləcə də problemləri və ehtiyacları müəyyən etmək və onlara uyğun tədbirlər görməkdir.
 

Monitorinq zamanı şagirdlərə tədris dili üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olunub.

 

 



10.06.2023 | 15:39