20695 abituriyent qəbul imtahanının II cəhdi üçün qeydiyyatdan keçib

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat davam edir. 

 

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qeydiyyat 2023-cü il 20 iyun saat 23:59-dək aparılacaq. İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) edirlər. 2-ci cəhd üzrə qeydiyyat zamanı I və ya III ixtisas qrupunu seçən abituriyentlər 1-ci cəhd üzrə olduğu qaydada öz istəklərinə uyğun olaraq müvafiq ixtisas qrupu üzrə altqruplardan birini, yaxud hər ikisini seçə bilərlər.

 

12 iyun saat 09:30-a olan məlumata əsasən, I ixtisas qrupu üzrə 6547 , II ixtisas qrupu üzrə 5796 , III ixtisas qrupu üzrə 6628 , IV istisas qrupu üzrə 1724 olmaqla, ümumilikdə isə 20695 abituriyent qeydiyyatdan keçib.

 

İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.

 



12.06.2023 | 11:10