Rektor universitetin Cəlilabad filialının kollektivi ilə görüşüb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov və tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov universitetin Cəlilabad filialını ziyarət ediblər.

 

Rektor C.Cəfərov filialın elmi-pedaqoji heyəti ilə görüşdə Milli Qurtuluş Günü münasibətilə kollektivi təbrik edib, bu gün Azərbaycanın Ulu Öndər Heydər Əliyevin siyasi ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövlətinə çevrildiyini, MDB məkanında öz ərazi bütövlüyünü hərb yolu ilə bərpa edən yeganə ölkə olduğunu vurğulayıb. Professor bütün sahələrdə olduğu kimi, ali təhsilin, xüsusən regional ali təhsilin də sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. O, filial kollektivinə fəaliyyətində  yeni uğurlar arzulayıb, ADPU-nun geniş şəbəkəsi ilə müəllim hazırlığının flaqmanı olduğunu qeyd edib.

 

 



15.06.2023 | 10:40