Azərbaycan Dövlət İqtisad Universitetində “UNEC Günü”

İyunun 19-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yaradılmasının 93 ili tamam olub.

 

Bu münasibətilə universitetdə “UNEC Günü” qeyd edilib.

 

Tədbirdə inzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov “UNEC Günü” münasibətilə ali məktəb rəhbərliyi adından müəllim, tələbə və əməkdaşları təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

 

Sonra UNEC-in həyatında fəal iştirak edən müəllim, əməkdaş və tələbələr “Təşəkkürnamə”lərlə təltif edilib, “Casio” şirkəti tərəfindən universitetin sosial-ictimai həyatında fərqlənən əməkdaşlarına hədiyyələr təqdim olunub.

 

“UNEC Günü” Yaradıcılıq mərkəzinin Rəqs və Vokal qruplarının üzvlərinin ifasında bədii hissə ilə davam edib.

 

 



20.06.2023 | 10:04