Tələbələr Milli Məhkəmə Müsabiqəsinin XII buraxılışının qalibi olublar

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının “Hüquqşünaslıq” ixtisasının III kurs tələbələri Şahin Bayramlı və Elmar Bəyərov Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyi (ELSA Azərbaycan) tərəfindən keçirilən Milli Məhkəmə Müsabiqəsinin XII buraxılışının qalibi olublar.

 

Vəkillər Kollegiyasının dəstəyi ilə keçirilən müsabiqə Türk dünyasının ilk qadın hüquqşünası və vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr olunub.

 

3 mərhələdən ibarət müsabiqənin final mərhələsi Azərbaycan Respublikasının Ali Məhkəməsində baş tutub. Final mərhələsində prosesə Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri Aqil Abbasovun sədrliyi ilə, Vidadi Məmmədov, Zaur Əliyevdən ibarət tərkibdə baxılıb. Qiymətləndirmə nəticəsində “The Court Jesters” komandasının üzvləri Şahin Bayramlı və Elmar Bəyərov qalib elan olunub.

 

 



20.06.2023 | 13:20