Abituriyentlər AzMİU haqqında məlumatlandırılıb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları “Kainat” Tədris Mərkəzinin Zaqatala filialının təşkilatçılığı ilə Zaqataladan olan abituriyentlərlə görüşüblər.

 

Tədbirə “Kainat” Tədris Mərkəzinin rəhbəri İlqar Ağakişiyev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin nümayəndələri, AzMİU-nun Abituriyent Məsləhət Mərkəzinin əməkdaşları Aynurə Bayramova,  Rəna Cəbrayılova, Zaqatala filialının abituriyentləri və bölgə məktəbliləri qatılıblar.  

 

Görüşdə AzMİU-nun tanıtımı həyata keçirilib. Bölgə məktəblilərinə  universitetin maddi-texniki bazası, ixtisasları, beynəlxalq əlaqələri, ikili diplom layihələrindən, tələbə həyatından danışılıb, bukletlər paylanılıb.

 

AzMİU haqqında geniş məlumatlandırmadan sonra abituriyentləri maraqlandıran suallar cavablandırılıb.

 



21.06.2023 | 12:27