AzMİU Slovakiya universiteti ilə müqavilə imzalayıb

Slovakiyanin  Kositse Texniki Universitetinin dəvəti ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndə heyəti bu ölkəyə səfər edib. Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayevanın rəhbərlik etdiyi nümayəndə heyətinə Nəqliyyat fakültəsinin dekanı Elçin Yusifzadə, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı Zakir Musayev də daxil olub.

       

Səfər zamanı numayəndə heyəti adıçəkilən universitet rəhbərliyi ilə əməkdaslıq perspektivləri haqqında muzakirələr aparıb. Müzakirələrdə tələbə - müəllim mübadiləsi,  birgə elmi konfransların təşkili, elm sahəsində əməkdaşlıq və tərəfləri maraqlandıran digər məsələlərə toxunulub. Sonda Kositse Texniki Universiteti ilə AzMİU arasinda əməkdaslıq müqaviləsi imzalanıb. Müqaviləni Kositse Texniki Universiteti adından  İnşaat fakütəsinin dekanı Vinsent Kvocak,  AzMİU adindan Nəqliyyat fakültəsinin dekani Elçin Yusifzadə imzalayıb.

        

Məlumat üçün qeyd edək ki, səfər zamanı AzMİU-nun əməkdaşları  Slovakiyanin SUDOP sirkətinin rəhbərliyi ilə də görüşüb, bu sirkətin  Kositse Texniki Universiteti və AzMİU tələbələri üçün yaradılacaq perspektiv imkanları müzakirə olunub. 



10.10.2018 | 12:54