Dünya Təhsil Forumunun direktoru “Yeni çağırışlar”da

26 iyun saat 19:00-da Dünya Təhsil Forumunun direktoru Dominik Savaj “Yeni çağırışlar” müzakirə proqramında qonaq olacaq. Dominik Savaj ilə daha təhsilli gələcək barəsində danışılacaq. 

 

Dominik Savaj otuz ildən çox Britaniya Təhsil Təchizatçıları Assosiasiyasının baş direktoru olub. Uzun illər müxtəlif təhsil komitələrinin, Böyük Britaniya Hökumətinin Təhsil Texnologiyaları üzrə Fəaliyyət Qrupu və Beynəlxalq Təhsil Şurasının üzvü kimi fəaliyyət göstərib.

 

Qeyd edək ki, proqram Elm və Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.

 

 



21.06.2023 | 17:08