ATU-da Yekun Dövlət Attestasiyasına start verilib

Azərbaycan Tibb Universitetində (ATU) Yekun Dövlət Attestasiyasına start verilib. Universitetin rektoru professor Gəray Gəraybəyli müalicə-profilaktika fakültəsinin buraxılış kurs tələbələri üçün keçirilən imtahanları izləyib.

 

Rektor tələbələrlə söhbət edərək, onların fikir və təkliflərini dinləyib. İmtahandan uğurla çıxan tələbələri təbrik edib, onlara müvəffəqiyyətlər diləyib.

 

İmtahan prosesinə ATU-nun prorektorları da nəzarət edib.

 

 



22.06.2023 | 10:13