Harvard Universitetinin xüsusi proqramlar üzrə təlimçisinin missiyası başa çatıb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) ABŞ-dan olan müəllimi, beynəlxalq səviyyəli təlimçi Kayl Ridlinin fəaliyyətinin başa çatması ilə əlaqədar görüş keçirilib.

 

Görüşdə AzMİU-nun əcnəbi dillər kafedrasının müdiri Aygün Məmmədova, kafedranın müəllimləri və Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev iştirak ediblər.

 

Kayl Ridli ilə əməkdaşlığın uğurla yekunlaşdığını deyən A.Məmmədova öz bilik və bacarığını böyük həvəslə tələbələrlə bölüşdüyü üçün ona minnətdarlığını bildirib.

 

AzMİU-da xarici ekspertlərin və müəllimlərin tədrisə cəlb olunmasına xüsusi önəm verildiyini qeyd edən F.Əliyev prosesin bundan sonra da davam etdiriləcəyini deyib.

 

Qeyd edək ki, Nyu-York Nəzarət və Nyu-york Fordham Universitetinin magistri Kayl Ridli AzMİU və ABŞ-ın ölkəmizdəki səfirliyinin birgə əməkdaşlığı çərçivəsində 2022/2023-cü tədris ili üçün dəvət olunub. Kayl Ridli Harvard Universitetinin xüsusi proqramlar üzrə təlimçisidir. O, həmçinin dilçilik üzrə TESOL, TGT, ELL kimi bir sıra beynəlxalq sertifikatların sahibidir.

 



24.06.2023 | 12:13