Bu il BDU-nu 5000-dən çox tələbə bitirir

2022-2023-cü tədris ilində Bakı Dövlət Universitetini (BDU) 5000-dən çox tələbə bitirir.

 

Universitetdən bildirilib ki, ümumilikdə fəaliyyət göstərdiyi dövr ərzində BDU 200 min nəfərədək mütəxəssis və yüksək ixtisaslı kadr yetişdirib.

 

Hazırda BDU-da 16 fakültə, 1500 nəfərlik professor-müəllim heyəti fəaliyyət göstərir, 25000-ə yaxın tələbə təhsil alır. Bakalavriat səviyyəsində 84 ixtisas, magistratura səviyyəsində 246 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir.

 

 



24.06.2023 | 13:16