Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.

 

AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir:

 

“Ölkəmizin bütün hərbi qulluqçularını və veteranlarını təbrik edirəm! Hər kəsə möhkəm cansağlığı, Vətənimizə - sülh və əmin-amanlıq arzulayıram!”.

 

 



26.06.2023 | 09:15