ADPU-nun Quba filialında beynəlxalq yay məktəbinə qeydiyyat başlayıb

Yay tətilini maraqlı, yaddaqalan, əyləncəli və qazanclı keçirmək istəyənlər üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə “Yay məktəbi”nə (“Summer School”) qeydiyyat başlayıb.   

 

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən  “Yay məktəbi” (“Summer School”) 24-29 iyul 2023-cü il tarixlərində Quba şəhərində keçiriləcək.

 

“Yay məktəbi”ndə peşəkar komandadan təşkil olunmuş yerli və xarici təlimçilər tərəfindən mühazirələr təşkil olunacaq, təlimi uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikatlar təqdim ediləcək.

 

“Yay məktəbi” müddətində iştirakçılar üçün təlimlə yanaşı, Quba və Qusarın əsrarəngiz məkanlarında, təbiət qoynunda gəzintilər, intellektual yarışlar, yerli və xarici iştirakçılarla tanışlıq, həmçinin hədiyyəli fəaliyyətlər təşkil olunacaq.

 

Arzu edənlərin optimal büdcə imkanları daxilində olacaq 5 günlük təlimlər dünyada geniş yayılmış “MICE Tourism” (Meetings, Incentives, Conferences and Exhibitions) formatında təşkil ediləcək. Bütün proqram üçün ödəniş cəmi 590 AZN (350 USD) təşkil edir.

 

Son müraciət tarixi: 20.07.2023

Qeydiyyat linki: https://forms.gle/DYVCtoBnGNW9xcFw9

 



10.07.2023 | 15:00