34-cü Beynəlxalq Biologiya Olimpiadasında məktəblilərimizin uğuru

3-11 iyul tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərində keçirilən 34-cü Beynəlxalq Biologiya Olimpiadasında şagirdlərimiz uğurla çıxış ediblər. 76 ölkə üzrə 293 şagirdin iştirak etdiyi yarışda 4 məktəbli ilə təmsil olunan komandamız 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıb. 

 

Olimpiadada Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Zəhrabəyim Abdullayeva və Nurlan Məmmədov bürünc, Quba şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Kənan Orucəliyev isə həvəsləndirici mükafata layiq görülüb.

 

Məktəblilərimizi təbrik edir və onlara yeni-yeni nailiyyətlər arzulayırıq!

 

 



11.07.2023 | 11:23