Azərbaycanlı psixoloqların məqaləsi beynəlxalq indeksli jurnalda dərc olunub

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov və institutun elmi-tədqiqat qrupunun üzvləri Ülkər Zalova-Nuriyeva, Mələk Allahverdiyeva, Təhmasib Abbasov, Gülay Məmmədzadə və Narınc Rüstəmovanın həmmüəllifi olduqları “Akademik effektivlik, akademik prokrastinasiya və rifah: geniş Azərbaycan nümunəsi ilə vasitəçilik modeli” (Academic self-efficacy, academic procrastination, and well-being: a mediation model with large sample of Azerbaijan) adlı məqalə bir çox beynəlxalq elmi bazalarda indekslənən “International Online Journal of Primary Education” jurnalının 12-ci sayında dərc edilib.

 

Tədqiqata 1657 yeniyetmə cəlb olunub. Məqalədə yeniyetmələrin akademik göstəricilərinə təsir edən amillər, onların öyrənmə prosesində şəxsi effektivlik və prokrastinasiya (ertələmə) arasında əlaqə və bu məsələyə münasibətləri araşdırılıb.

 

Nəticələr göstərir ki, yeniyetmələr öyrənmənin özlərində müsbət təsirlərini görərlərsə, dərslərinə qarşı daha az təxirə salma, ertələmə davranışları sərgiləyərlər, bu da onların akademik rifahını, eləcə də özünəgüvənini artırar.

 

Məqalə ilə daha ətraflı aşağıdakı linkə keçid edərək tanış olmaq mümkündür.

https://www.iojpe.org/index.php/iojpe/article/view/269

 



14.07.2023 | 13:47