Test imtahanlarının son günü

İyulun 15-də müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanlarına biologiya üzrə 2 121, texnologiya üzrə 2 576, alman dili üzrə 193, rus dili üzrə 886, rus dili və ədəbiyyat fənni üzrə isə 336 namizəd dəvət olunub.



Müəllimlərin işə qəbulu müsabiqəsinin keçirilməsində əsas məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.


Qeyd edək ki, cari ildə MİQ vasitəsilə 10 000 müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində isə ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər.


11 iyuldan start verilən imtahanların bu gün sonuncu günüdür. İmtahanda namizədlərə 150 dəqiqə vaxt verilir.

 



15.07.2023 | 12:20