Peşə təhsili müəssisələrinə işə qəbul üzrə elektron qeydiyyat davam edir

Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsili müəssisələrində direktor və direktor müavini işləmək istəyənlər üçün elektron qeydiyyat prosesi davam edir. Müsabiqədə iştirakla bağlı namizədlər  iyulun 20-dək https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməlidirlər. 


 
Müsabiqə elektron ərizə qeydiyyatı və vakant yerlərin seçimi, ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, müsahibə mərhələlərindən ibarətdir. Ərizələri təsdiq edilən namizədlər iyulun 26-da test imtahanına cəlb ediləcəklər. İmtahanda namizədlərə qanunvericilik və məntiq üzrə suallar təqdim olunacaq. 


  
Qeyd edək ki, müsabiqə çərçivəsində respublika üzrə 19 direktor və 27 direktor müavini vakansiyası elan olunub. 

 

Vakansiya siyahısı


Direktor vəzifəsi üzrə müsabiqə proqramı


İnzibati və təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi üçün müsabiqə proqramı


Tədris-istehsalat işləri üzrə və tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üçün müsabiqə proqramı

 

 



17.07.2023 | 12:42