UNEC yenidən Avropa Komissiyasının Jean Monnet proqramının qalibi olub

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ikinci dəfə Avropa Komissiyasının Jean Monnet proqramının qalibi olub.

 

UNEC-dən bildirilib ki, Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarə olunması şöbəsi tərəfindən Jean Monnet proqramına təqdim edilən  “Avropa İttifaqında Effektiv Layihə İdarəetməsi: Ən Yaxşı Təcrübələr və Nümunə Tədqiqatlar (EUPMO)” adlı modul layihə proqramın qalib olub. Layihənin əsas məqsədi Avropa İttifaqının (Aİ) mövcud qrantlarından istifadə ilə bağlı məlumatlılığı artırmaq, fərdlərin anlayış, bacarıq və kompetensiyalarını təkmilləşdirmək məqsədi daşıyır. Layihənin ümumi büdcəsi 30 min avrodur. 

 

Qeyd edək ki, UNEC ötən il də ümumi dəyəri 30 min avro olan “Dayanıqlı Avropa üçün Rəqəmsal Sahibkarlıq Strategiyaları (DigiShip)” adlı Erasmus+ Jean Monnet modulunun qalibi olub. Layihə Aİ-nin qabaqcıl təcrübələrini mənimsəməklə, UNEC-də rəqəmsal sahibkarlıq kursunun praktikliyini artırmaq məqsədi daşıyıb.

 



19.07.2023 | 12:14