Magistratura səviyyəsi üzrə UNEC-ə qəbul planı 99,2% dolub

Ali təhsil müəssisələrinin magistratura səviyyəsində ixtisas seçiminin birinci mərhələsinə ixtisas seçimləri başlayıb.

 

Seçimlərin ilk mərhələsində 2387 magistr Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) seçib və magistraturaya qəbul planı 99,2% dolub.

 

Ali məktəbdən bildirilib ki, UNEC Biznes Məktəbində (MBA) isə bütün yerlər tutulub. Bütövlükdə, Azərbaycanda magistraturaya qəbul olanların (13286 nəfər) 18 faizi məhz UNEC-in payına düşür.

 

 

 



20.07.2023 | 13:06