"Dərsdənkənar vaxtımı mütaliəyə sərf edirəm"

Emiliya Siyavuş qızı Əlizadə 1997-ci il  martın 28də  Ucar rayonunda anadan olub.  2003-cü ildə Göyçay şəhər Ziya Bünyadov adına 3 nömrəli tam orta məktəbin 1-ci sinfinə  daxil olub, 2014-cü ildə həmin məktəbin  XI sinfini bitirib.  Məktəbdə oxuduğu illərdə müxtəlif fənlərdən olimpiadalarda iştirak edib.   İdmanla aktiv məşğul olub. Taekvondo üzrə 2012-ci ildə Respublika birinciliyində bürünc medal qazanıb.  2014-cü ildə  imtahan verərək  mümkün 300 baldan 290 bal toplayaraq Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin “Müalicə işi” fakültəsinə qəbul olunub. Halhazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində həmin ali məktəbin V kursunda oxuyur.

 

“Həkimliyə uşaqlıqdan böyük maraq göstərirdim”

 

Orta məktəbin X-XI siniflərində  kimyanı  daha çox sevməyə  başladım. Biologiyanı  hər zaman xoşlayırdım və mənim üçün daha maraqlı idi  Hansı  fənni daha tez qavrayırdımsa, o da sevimli fənnim olub. Amma o biri fənləri də yaxşı  oxuyurdum. İngilis  və rus dillərini,  eləcə də riyaziyyatı erkən öyrənməyə başladım. Tarixə marağım var idi, ədəbiyyatı çox sevirdim VII  sinif dərsliyinin bütün şeirlərini dərs ilinin başlanğıcından əzbər bilirdim. Məktəb illərində V-VI siniflərdə şahmatla məşğul olurdum və yarışda iştirak etdim. Rus dili və riyaziyyatla yay tətilində də əlavə olaraq məşğul  olurdum. 9-10-cu  siniflərdə  biologiya üzrə fənn olimpiadasında iştirak etdim. Həmçinin orta məktəb illərində idmanla da  aktiv məşğul olurdum. X-XI siniflərdən ali məktəbə hazırlaşırdım.  Məktəbi əla qiymətlərlə  bitirərək  ali məktəbə qəbul oldum.   Məndə həkimlik ixtisasına  maraq irsən keçib, ailədə  anam, bibim, xalam həkim olub.  Bu sənətə  lap uşaqlıqdan böyük  maraq göstərirdim. Bundan başqa valideynlərim də  məni bu sahədə görmək istəyiblər.

 

Yaxşı oxuyurdum ki, hansısa bir sahədə peşəkar olum...

 

Ailəmizdəki  ab-hava da mənim həkim olmağıma təkan verib. Yaxşı oxuyurdum ki, yaxşı  bir sənətim olsun,  hansısa bir sahədə peşəkar  olmaq barədə düşünürdüm. Valideynlərim mənə bu peşə barədə məsləhətlər verirdi, tezliklə mən də həkimlik sənəti barədə dərindən maraqlanmağa başladım.  Gerçəkdən bu sənətə bağlandım. Orta məktəbin yuxarı siniflərində biologiyanı öyrənməyə başladıqda isə həkim olmağa qəti qərar verdim.  Həkimlik, ilk növbədə,  kiməsə yardım etməklə bağlıdır. Tələbəlik illərimdən həkimliyə marağım daha da artdı.  Təhsilimin birinci kursu çətin keçdi. Amma təhsilimlə ciddi və dərindən məşğul olduqdan sonra  bu şərəfli peşəyə həvəsim daha da artmağa başladı. Həmçinin nəzəriyyə ilə yanaşı praktik dərslər də mənim üçün cəlbedici  oldu.

 

Həkimlik mənim həyat tərzimdir

 

Mənim üçün həkimlik öz daxili istedad  və qabiliyyətlərin aşkar olunması,  eyni zamanda bir neçə rakursda düşünmə imkanıdır.  Həkimlik artıq mənim həyat tərzimdir,  zaman keçdikcə  daha çox sevirəm sənətimi. Həkimlik deyəndə, ilk növbədə,  məndən yardım istəyən insanlara kömək etmək, sonra da insanları  çətin xəstəliklərdən xilas edib öz işini  müvəffəqiyyətlə görmək, bununla da öz  işimdən zövq almaq deməkdir. İnsanları  sadəcə xəstəlikdən sağaltmaqdan savayı onlara mənəvi dəstək olmağı,  eyni zamanda onların mənəvi durumlarını düzəltməyi də prioritet və mühüm sayıram.

 

Mənim üçün müalicə prosesi xəstənin daxi­li ru­hi və­ziy­yə­ti­nin yax­şı­laş­ma­sı­dır, on­la­ra da nik­bin əh­va­li-­ru­hiy­yə ver­mək­dir və mən müa­li­cə pro­se­sin­də xəs­tə­lik­lə­rin yal­nız xa­ri­ci diaq­nos­ti­ka­sı­na de­yil,  həm də ək­sər  xəs­tə­lər­də on­la­rı  mü­şa­yiət edən da­xi­li du­ru­ma da diq­qət ye­tir­mə­yi plan­laş­dı­rı­ram.

 

Xa­ric­də təh­sil... uğu­ra apa­ran yol

 

Təh­sil hə­ya­tım­da və hə­kim­lik pe­şə­si­nə yi­yə­lən­mək­də  Döv­lət Proq­ra­mı tə­qaüd­çü­sü ol­maq mə­nim üçün çox qü­rur­lu  və  se­vinc­li bir ha­di­sə­dir. Döv­lət Proq­ra­mı  mə­nim özü­mə ina­mı­mı ar­tır­dı, mə­nim mad­di və mə­nə­vi dəs­tə­yim ol­du. Bu proq­ram mə­nə uğur­lu bir yol aça­raq ar­zu­la­rı­mı  hə­ya­ta ke­çir­mə­yə im­kan ya­ra­dıb.

 

Proq­ra­ma qə­bul olun­ma­ğı­mı çox tə­laş­la göz­lə­yir­dim. Çox se­vin­dim, mə­nim­lə bir­lik­də va­li­deyn­lə­rim də se­vin­di. Bö­yük ar­zu­la­rım­dan bi­ri hə­ya­ta keç­miş­di - yük­sək  bi­lik qa­zan­maq və da­ha çox in­ki­şaf edə­rək seç­di­yim pe­şə üz­rə sa­vad­lı mü­tə­xəs­sis ol­maq ar­zu­su. Bu proq­ram sa­yə­sin­də yük­sək təh­sil al­ma­ğı­ma im­kan ya­ran­dı. Biz gənc­lə­rə ar­zu­la­rı­mı­zın real­laş­ma­sın­da gös­tər­di­yi diq­qət və qay­ğı­ya gö­rə Pre­zi­den­ti­mi­zə, Təh­sil Na­zir­li­yi­nə və bu iş­də əmə­yi olan hər  kə­sə min­nət­da­ram.

 

Təh­si­li­miz­də bö­yük in­ki­şaf ge­dir.  “Təh­sil haq­qın­da”  qa­nu­na edi­lən ye­ni də­yi­şik­lik­lər­dən mə­lu­mat­lı­yam və ye­ni­lik­lə­ri çox mü­tə­rəq­qi he­sab edi­rəm.

 

Özü­mü in­ki­şaf üçün ma­raq­lı  ki­tab­lar oxu­yu­ram

 

Tə­lə­bə hə­ya­tı çox  ma­raq­lı­dır. Bir az gər­gin­lik­lər də olur,  müəl­lim­lə­ri­mi­zin yu­mor­la­rı da olur. Asu­də vax­tım­da əsa­sən ozü­mü in­ki­şaf üçün ma­raq­lı ki­tab­lar oxu­yu­ram.  Hob­bi­lə­ri­mə mu­si­qi din­lə­mək, id­man­la məş­ğul ol­maq və xa­ri­ci dil öy­rən­mək aid­dir. Mü­ta­liə­ni  çox se­vi­rəm,  hət­ta  çox za­man vax­tı­mın  olub­-ol­ma­dı­ğı­na bax­mı­ram (yə­ni, im­ta­han­la­ra ha­zır­la­şar­kən be­lə), plan­la­rı­mın ilk sı­ra­sın­da ki­tab oxu­maq du­rur (bə­dii və öz sa­həm üz­rə).

 

Uni­ver­si­tet­də dərs­lər ma­raq­lı  ke­çir

 

İ.M.Se­çe­nov adı­na  Bi­rin­ci Mosk­va Dövlət Tibb Uni­ver­si­te­ti Ru­si­ya­nın ən qə­dim ali tibb müəs­si­sə­si­dir. Or­ta mək­tə­bi  rus di­lin­də bi­tir­di­yi­mə,  bu dil­də sər­bəst da­nış­dı­ğı­ma  gö­rə bu ali mək­tə­bi seç­dim.  Ru­si­ya və xa­ri­ci öl­kə­lər­dən 15 min tə­lə­bə­nin təh­sil al­dı­ğı uni­ver­si­tet­də Azər­bay­can­lı Gənc­lər Klu­bu fəa­liy­yət gös­tə­rir.

Tə­lə­bə­lə­ri­miz Hey­dər Əli­yev Fon­du­nun vit­se-p­re­zi­den­ti Ley­la Əli­ye­va­nın rəh­bər­lik et­di­yi Ru­si­ya­nın Azər­bay­can­lı Gənc­lər Təş­ki­la­tı­nın (RAGT)   dəs­tə­yi ilə hər il ke­çi­ri­lən “Qa­nın mil­liy­yə­ti yox­dur”, “Sağ­lam­lı­ğı­na əmin ol, xəs­tə­li­yə yox de!” ad­lı xey­riy­yə ak­si­ya­la­rın­da və di­gər təd­bir­lər­də fəal­lıq gös­tə­rir­lər. Yüz­lər­lə azər­bay­can­lı tə­lə­bə he­mo­fi­li­ya, ta­las­se­mi­ya və di­gər qan xəs­tə­lik­lə­rin­dən əziy­yət çə­kən­lər üçün qan­ver­mə ak­si­ya­sın­da iş­ti­rak edir­lər. 

Uni­ver­si­tet­də dərs­lər ma­raq­lı ke­çir. Mə­sə­lən, te­ra­pi­ya dər­sin­də xəs­tə­lə­ri düz­gün müa­yi­nə et­mə­yi öy­rə­ni­rik, on­lar­dan al­dı­ğı­mız  mə­lu­mat­la­rı  düz­gün in­terp­re­ta­si­ya edib diaq­noz qo­yu­ruq. Bi­zi cər­ra­hiy­yə  əmə­liy­yat­la­rı­na  apa­rır­lar. Müəl­lim­lə­ri­miz xəs­tə­lik­lər ba­rə­də bi­zə da­ha dol­ğun bil­gi­lər ve­rir,  be­lə­lik­lə, xəs­tə ba­rə­də ge­niş in­for­ma­si­ya top­la­yı­rıq.  Hər han­sı bir ix­ti­sas seç­mə­mi­şəm, la­kin də­rin­dən ba­xan­da bir çox­la­rı ilə ma­raq­la­nı­ram, la­kin ye­ni fən­lər təd­ris olun­duq­ca ma­ra­ğım get­dik­cə ar­tır.

 

Pro­fes­sor he­yə­ti bi­zi yo­rul­ma­ğa qoy­mur

 

­U­ni­ver­si­tet­də müəl­lim-­tə­lə­bə mü­na­si­bət­lə­ri­nin çox sə­mi­mi, yüksək səviyyədə ol­du­ğu­nu de­yə bi­lə­rəm.  Müəl­lim­lə­ri­miz bi­zə ət­raf­lı tib­bi bi­lik­lər ver­mək üçün  çox əmək sərf edir­lər. Pro­fes­sor he­yə­ti bi­zi yo­rul­ma­ğa qoy­mur,  ən çə­tin an­lar­da bi­zim­lə za­ra­fat edə­rək  ruh­lan­dı­rır­lar. On­lar yor­ğun­lu­ğun  və gər­gin­li­yin azal­dıl­ma­sı­na kö­mək edir və bu­nun­la da müx­tə­lif  üsul­lar­la öy­rən­mə­yi sti­mul­laş­dı­rır­lar. Bə­zi­lə­ri hə­kim pe­şə­si­ni in­cə­sə­nət ad­lan­dı­rır,  is­tər hə­kim, is­tər in­cə­sə­nət sa­hi­bi təh­sil­li ol­ma­lı­dır ki,  həm özü in­ki­şaf edə bil­sin, həm də cə­miy­yət üçün fay­da­lı ol­sun. 

Bə­zən müəl­lim­lə­ri­miz məq­səd­yön­lü şə­kil­də bi­zi dan­la­yır və be­lə­lik­lə də bi­zi  ke­çi­lən möv­zu­lar­la bağ­lı mü­ha­zi­rə ma­te­rial­la­rı ilə ki­fa­yət­lən­mə­mə­yi­mi­zi və in­ter­net­dən əla­və tib­bi ədə­biy­yat­lar oxu­ma­ğı­mı­za na­il olur.  Nə­ti­cə­də dərs­lər bir az da gər­gin, çə­tin və ey­ni za­man­da da­ha sə­mə­rə­li ke­çir. Bu isə, tə­bii ki, son­da  in­ki­şa­fa sə­bəb olur.  Çə­tin­lik­lər həm də onun­la bağ­lı­dır ki, bə­zi bi­lik­lə­ri köh­nə  tibbi ədə­biy­yat­lar­dan al­ma­lı olu­ruq,  on­la­rın tək­rar nəşr­lə­ri yox­dur. Bu ki­tab­lar­da olan mə­lu­mat­lar  il­dən- ilə köh­nə­lir.  Bu­na gö­rə də bə­zi pro­fes­sor­lar mü­ha­zi­rə­lə­ri­ni  öz  tibb təc­rü­bə­lə­ri  əsa­sın­da qu­rur­lar.  Bu isə tə­lə­bə­lər tə­rə­fin­dən çə­tin qa­v­ra­nı­lır.  Elə müəl­lim­lər də var ki, ən çə­tin mə­sə­lə­lə­ri bi­zə çat­dır­maq üçün sə­mi­mi ün­siy­yət qu­rur, on­la­rın dərs­lə­rin­də otur­maq iki­qat asan­dır.

 

Məş­ğə­lə­lər sil­si­lə­lər­lə da­vam edir.  Mü­ha­zi­rə­lər­də ve­ri­lən in­for­ma­si­yanı se­mi­nar­lar­da so­ru­şur­lar. Mü­ha­zi­rə­lər­də iş­ti­rak məc­bu­ri­dir,  çün­ki mü­ha­zi­rə­çi­lər tə­lə­bə­lə­rin da­va­miy­yə­ti­ni  yox­la­yır­lar.  Mü­ha­zi­rə­lər 1,5 - 3 sa­at da­vam edir.  Bir çox tə­lə­bə  ma­te­ria­lı in­ter­net va­si­tə­si ilə öy­rə­nir, am­ma mən ki­tab va­rian­tı­na üs­tun­lük ve­ri­rəm. Ki­tab­xa­na­da tez-­tez olu­ram və  nəin­ki tib­bi, elə­cə də bə­dii ki­tab­la­rı əl­də edi­rəm (de­mək olar ki, hob­bi­lə­rim­dən bi­ri də bu­dur). Biz  ke­çi­lən dərs ma­te­rial­la­rı ilə əla­qə­dar müx­tə­lif təq­di­mat­lar, mə­ru­zə, re­fe­rat­lar ha­zır­la­yır,  həm­çi­nin hər fənn üz­rə xəs­tə­lik ta­ri­xi ya­zı­rıq.  İm­ta­han­la­rı da­ha yax­şı ver­mək niy­yə­ti ilə dərs­dən­kə­nar vax­tı­mı yal­nız mü­ta­liə­yə sərf edi­rəm.

 

Ali mək­təb­də tə­lə­bə­lər üçün hər bir şə­rait möv­cud­dur,  2015- ci il­də ye­ni hovuz ya­ra­dı­lıb,  sta­dion var. Bö­yük Bri­ta­ni­ya­dan  də­vət edil­miş müəl­lim­lə­rin  mü­ha­zi­rə­lə­ri­nə azad gi­riş im­ka­nı var, ar­zu edən is­tə­ni­lən şəxs au­di­to­ri­ya­da  otu­ra bi­lər. Biz mü­ha­zi­rə­ni rus di­lin­də din­lə­yə bi­li­rik. Elə­cə də xey­riy­yə fond­la­rı  möv­cud­dur. Uni­ver­si­te­ti­miz AMOR təş­ki­la­tı  ilə ge­niş əmək­daş­lıq edir.

 

Uni­ver­si­tet­də ki­çik in­no­va­tiv müəs­si­sə­lər ya­ra­dı­lıb

 

O ki qal­dı tə­lə­bə­lə­rin  el­mi-təd­qi­qat­la­ra cəlb olun­ma­sı mə­sə­lə­si­nə,  əl­bət­tə ki, bu­nun­la bağ­lı ali mək­təb­də im­kan­lar ya­ra­dı­lır.  Uni­ver­si­te­ti­miz­də bio­tib­bi tex­no­lo­gi­ya par­kı  ya­ra­dı­lıb,  bu­ra­da el­mi təd­qi­qat­lar apa­rı­lır.  “Se­çe­nov Li­ve” -  Bi­rin­ci Mosk­va Döv­lət Tibb Uni­ver­si­te­ti­nin el­mi və kom­mu­ni­ka­si­ya la­yi­hə­si­dir. Uni­ver­si­te­tin əsas təd­qi­qat­çı­la­rı, o cüm­lə­dən tə­lə­bə­lər, re­zi­dent­lər  bu la­yi­hə­də  təm­sil olu­nur.  Ali mək­təb­də Gənc Alim­lər Cə­miy­yə­ti  fəa­liy­yət gös­tə­rir. Bu, uni­ver­si­te­tin təd­qi­qat işin­də fə­al iş­ti­rak edən re­zi­dent­lə­ri, dok­to­rant­la­rı, as­pi­rant­la­rı, tə­lə­bə­lə­ri və təd­qi­qat ins­ti­tut­la­rı­nı bir­ləş­di­rən cə­miy­yət­dir. Uni­ver­si­tet­də ki­çik in­no­va­tiv müəs­si­sə­lər də ya­ra­dı­lıb.  Hər il iyir­mi­dən ar­tıq el­mi ix­ti­ra qey­diy­yat­dan ke­çi­ri­lir.

 

Azər­bay­can­lı tə­lə­bə­lər fəal­dır

 

Uni­ver­si­te­tin çox­min­lik tə­lə­bə­lə­ri ara­sın­da  azər­bay­can­lı gənc­lər çox­dur. On­la­rın ara­sın­da el­mi təd­qi­qat­lar apa­ran,  ali mək­tə­bin  təd­bir­lə­rin­də fə­al iş­ti­rak edən tə­lə­bə­lə­ri­miz də var.  Ali mək­tə­bin yu­xa­rı və aşa­ğı kurs­la­rın­da oxu­yan ta­nış­la­rım var.   Vaxt im­kan ver­dik­cə  azər­bay­can­lı tə­lə­bə­lə­rin təd­bir­lə­rin­də iş­ti­rak edi­rəm.  Bu il Nov­ruz bay­ra­mı  ilə bağ­lı  təd­bi­rə qa­tıl­mı­şam. 

 

Qar­şı­da­kı hə­dəf­lə­ri­mə gəl­dik­də isə de­mək is­tə­yi­rəm ki, gə­lə­cək­də ix­ti­sa­sı­mı tam mə­nim­sə­yib öz üzə­rim­də da­im ça­lış­maq is­tə­yi­rəm.  He­sab edi­rəm ki, bu,  hər­tə­rəf­li in­ki­şaf  üçün çox zə­ru­ri­dir. Bə­zi fən­lər­dən dər­nə­yə get­mə­yi plan­laş­dı­rı­ram. Bir in­san baş­qa­la­rın­dan an­caq el­mi ilə fərq­lə­nib üs­tün ola bi­lər- bu,  mə­nim irə­li­lə­mək üçün şüa­rım­dır.

 

Son­da biz tə­lə­bə­lər­lə ma­raq­lan­dı­ğı­nı­za gö­rə “Azər­bay­can müəl­li­mi”  qə­ze­ti­nin bü­tün he­yə­ti­nə öz tə­şək­kü­rü­mü bil­di­rir və iş­lə­ri­niz­də uğur­lar ar­zu­la­yı­ram. 

 

Oruc MUSTAFAYEV



12.10.2018 | 12:24