126 məzun qızıl, 95 məzun gümüş nişanla təltif edilib

2022-2023-cü tədris ilinin XI sinif məzunlarından 126 nəfər qızıl, 95 nəfər isə gümüş nişanla təltif olunub.


 
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.


Qeyd edək ki, qaydalara əsasən, ümumi təhsil pilləsini xüsusi nailiyyətlərlə başa vuran məzunlar qızıl və ya gümüş nişanla təltif edilirlər.

 

 


Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri

 

 



24.07.2023 | 13:14