Kimyaçı alimlər müxtəlif mövzularda müzakirələr aparıb

Türkiyənin İstanbul şəhərində “Kimya: davamlı elm və texnologiya üzrə VI beynəlxalq konfrans” keçirilib. Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru Nuranə Məlikova  konfransda iştirak edib.

 

Beynəlxalq tədbirdə kimyaçı alimlərin müxtəlif mövzularda məruzələrlə çıxış ediblər. Seolitin hidrotermal sintezi, silisium karbidinin qamma şüalanmanın zəifləmə əmsalına təsiri, etil spirtinin cüzi qatılıqlarının təyin edilməsi və s. barədə geniş müzakirələr aparılıb.

 

Konfransda N.Məlikovanın “Peroksidaz biomimetik sensor” mövzusunda təqdimatı sertifikata layiq görülüb.

 

Sifai SƏFƏROVA

 



27.07.2023 | 16:45