Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi beynəlxalq sertifikat aldı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Biologiya və onun tədrisi texnologiyası kafedrasının müəllimi Balaxanova Qumru Vasif qızı Ekologiya (Biologiya elmi sahəsi üzrə) xüsusi tədris proqram üzrə akademik kursu müvəffəqiyyətlə başa vuraraq 94.25% bal göstəricisi ilə beynəlxalq sertifikat alıb.

 

Bildirilib ki, iki aylıq nəzərdə tutulan təlim müddəti həftədə 3-4 saatı əhatə edib, hər həftə müvafiq tapşırıqlar verilib və sonda yekun imtahan keçirilib.

 

Dünyanın ən böyük distant təhsil platformalarından biri olan “Coursera” üzərindən ABŞ-ın nüfuzlu Rays Universitetinin nəzərdə tutulmuş tədris proqramını uğurla başa vuran Qumru Balaxanova bildirib ki, çalışdığı universitet hər zaman gənc alimlərə praktik nümunələr və təlimlərdən istifadə edərək daha yüksək elmi-tədqiqat müəllifi olmalarına təşviq etməsi onu məzuniyyət dövründə də Ekologiya (Biologiya elmi sahəsi üzrə) beynəlxalq dərəcəli sertifikat əldə etməyə ruhlandırıb.

 



28.07.2023 | 16:19