Çinin Kunminq Botanika İnstitutu ilə elmi əlaqələr yaradılır

Çin Elmlər Akademiyasının Kunminq Botanika İnstitutunun direktoru professor Sun Hanq, institutun professoru, Herbariumun kuratoru Deng Tao, Kunminq bölməsinin direktoru professor Zhou Jie, institut Administrasiyasının rəhbəri Dr. Zhu Weidong Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda işgüzar səfərdə olub. Səfər Botanika İnstitutu ilə əməkdaşlıq memorandumunun imzalanması və müştərək layihələrin müzakirəsi məqsədini daşıyıb.

 

Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva institutun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən layihələr, gələcək hədəfləri barədə qonaqlara bəhs edib. Görüşdə əməkdaşlıq əlaqələrinin qurulması perspektivləri müzakirə olunub.

 

Kunminq Botanika İnstitutunun direktoru professor Sun Hanq  institutun elmi fəaliyyətini yüksək qiymətləndirib, elmi-tədqiqat sahəsində ikitərəfli əlaqələrin qurulmasının mümkünlüyünü vurğulayıb.

 

Görüş birgə əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, kadr və təcrübə mübadiləsi, qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib. Qonaqlara S.İbadullayeva tərəfindən Azərbaycanın "Qırmızı Kitab"ının III nəşri və simvolik hədiyyələr təqdim olunub.

 

Alimlər institutun Algotekasında və Herbari Fondunda yerli və xarici floraya aid herbari nümunələrinin saxlanılma şəraiti və herbarilərin Avropa Məlumat Bazasına daxil edilməsi üzrə aparılan işlərlə  tanış olublar.

 

Kunminq Botanika İnstitutu ilə əməkdaşlığa dair memorandum da imzalanıb.

 

Memoranduma əsasən, bitki və göbələk müxtəlifliyinin birgə tədqiqi, hər iki ölkə ərazisinin florasında tapılan eyni bitki növlərinin tədqiqi, bitki nümunələrinin mübadiləsi,  molekulyar genetik analizlərin aparılması, müştərək layihələrin təşkili, kadrların təcrübə mübadiləsi və s. həyata keçirilməsi nəzərdə tutulub.

 



31.07.2023 | 12:12