Magistratura səviyyəsinə elektron sənəd qəbulu uzadıldı

Ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu prosesi 3 avqust 2023-cü il saat 18:00-dək uzadılıb.

 

Müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

 

 



01.08.2023 | 10:13