BDU-da bakalavriatura səviyyəsinə qəbul planı artıb

Bakı Dövlət Universitetində (BDU) 2023/2024-cü tədris ilində bakalavriatura səviyyəsinə 5660 plan yeri ayrılıb. Onlardan 4390 yer Azərbaycan, 765 yer rus, 505 yer isə ingilis bölməsi üzrədir. Ötən il bu rəqəm 5351 yer olub.  

 

BDU-nun bakalavriaturasında 16 fakültədə 75 ixtisas üzrə mütəxəssis hazırlığı həyata keçirilir.  2023/2024-cü tədris ilində universitetdə bakalavriatura səviyyəsi üzrə 3 yeni ixtisas (Statistika, Meliorasiya mühəndisliyi, Muzey, arxiv işi və abidələrin qorunması) açılıb.

 

Bu barədə BDU-dan bildirilib.

 



09.08.2023 | 16:31