“Mədəniyyətimizi tanıyaq!” layihəsinə start verilir

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı (TGT) “Heydər Əliyev İli” çərçivəsində “Mədəniyyətimizi tanıyaq!” adlı yeni layihəyə start verir. 

 

Universitetdən bildirilib ki, layihənin əsas məqsədi gənclərdə Azərbaycanın zəngin mədəniyyətinə qarşı həvəsin artırılması və bu sahədə biliklərin möhkəmlənməsidir. 

 

Layihə çərçivəsində müxtəlif filmlər, musiqilər və s. kimi mədəniyyət nümunələrinə dair suallar BDU TGT-nin sosial media hesablarında paylaşılacaq, suallara doğru cavab verən gənclərə Azərbaycanın şair və yazıçılarının kitabları hədiyyə olunacaq.

 

 



10.08.2023 | 13:05