İlk səyyar qəbul keçirilib

Oktyabrın 12-də paytaxtda müəllim və valideynlərin ilk səyyar qəbulu keçirilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

 

Paytaxtdakı 168 nömrəli tam orta məktəbdə Xəzər və Pirallahı rayonları üzrə keçirilmiş qəbula gələn vətəndaşlar tədrisin daha səmərəli təşkili, təhsil müəssisələrinin təmiri, məktəblərin maddi-texniki təminatı və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.

 

Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

 



12.10.2018 | 16:56