BMU-nun daha bir tələbəsi xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olub

Bakı Mühəndislik Universitetinin (BMU) daha bir tələbəsi təhsilini Böyük Britaniyanın ən qədim və nüfuzlu tədqiqat universitetlərindən biri olan Edinburq Universitetində davam etdirəcək.

 

Belə ki, universitetin memarlıq və inşaat fakültəsinin “Kimya mühəndisliyi” ixtisasının (tədris ingilis dilində) məzunu Lamiyə Rəhimova “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın qalibi olub. Proqramın qalibi Böyük Britaniyada sözügedən ali təhsil müəssisəsinin magistratura səviyyəsi üzrə “Advanced Chemical Engineering” ixtisasına qəbul olub.

 

2019-2020-ci tədris ilində BMU-nun “Kimya mühəndisliyi” ixtisasına 630 balla daxil olan L.Rəhimova 2023-cü ildə bakalavriat səviyyəsindən ümumi orta müvəffəqiyyət göstəricisi 94.71 balla məzun olub.

 

 



12.08.2023 | 10:18