“Azərkosmos” ASC-nin nümayəndələri AzTU-da

Oktyabrın 11-də  Azərbaycan Respublikasının Prezidenti  yanında Bilik Fondunun təşkilatçılığı ilə “Azərkosmos” Açıq Səhimdar Cəmiyyətinin nümayəndələri ilə  Azərbaycan Texniki Universiteti (AzTU)  tələbələrinin görüşü olub.

 

Görüşdə AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov bildirib ki, Azərbaycan artıq öz peyki olan ölkədir və bu sahəyə çox böyük dövlət qayğısı var. Çıxışında prorektor “Azərkosmos” ASC-nin universitetlə əməkdaşlığından və bu görüşün əhəmiyyətindən danışaraq qeyd edib ki, davam edən əməkdaşlığımız gələcəkdə böyük uğurlara imza atacaq.

 

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti  yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov  “Azərkosmos” ASC-nin ali təhsil müəssisələri ilə  əməkdaşlığından danışıb və tələbələrlə görüşə yaradılan şəraitə görə AzTU rəhbərliyinə təşəkkür edib.

 

Sonra “Azərkosmos” ASC-nin sədr müavini Dunay Bədirxanov orbitə buraxılan Azərbaycanın 2-ci peyki “Azerspace-2”  haqqında  tələbələrə geniş məlumat verib, onun təyinatından, diapazonundan, həmçinin ölkəmizə faydasından danışıb.

 

Sonda tələbələri maraqlandıran bütün salları Dunay Bədirxanov ətraflı cavablandırıb.

 

Görüşdə “Azərkosmos”un nümayəndələri AzTU-ya simvolik olaraq peyk maketi təqdim ediblər.

 



12.10.2018 | 17:54