BDU-da “Gənclik həftəsi” başa çatıb

Bakı Dövlət Universiteti (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 12 avqust – Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Gənclik həftəsi” layihəsi başa çatıb.

 

14-18 avqust tarixlərində keçirilən “Gənclik həftəsi” tələbə-gənclərin şəxsi inkişafının təmin olunması, dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli təşkili, könüllülük dəyərlərinin aşılanması məqsədi ilə həyata keçirilib.

 

Layihənin bağlanış mərasimində çıxış edən TGT sədri Ələkbər Həsənov layihədə uğurla iştirak edən tələbələri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, bugünkü gəncliyin vətənpərvər, sağlam və intellektual ruhda inkişafı üçün bu cür layihələrin davamlı olacağını qeyd edib. Bildirib ki, “Gənclik həftəsi”ndə 200 tələbə iştirak edib, onların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif təlimlər, idman oyunları, əyləncəli yarışlar təşkil olunub.

 

Layihədə aktiv iştirakı ilə fərqlənən gənclər müxtəlif hədiyyə və sertifikatlarla təltif edilib. 

 

 



19.08.2023 | 12:18