Özünüqiymətləndirmə və smartfon asılılığı arasında əlaqə ilə bağlı elmi araşdırma

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, institutun əməkdaşı, psixoloq Ülviyyə Nəhmətova, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçiləri- Tünzalə Musayeva, Xalidə Xəlilova, Gültəkin İsmayılovanın həmmüəllifi olduqları “Özünüqiymətləndirmə və smartfon asılılığı arasında əlaqə: Özünənəzarətin rolu” ("Association between Self-esteem and  Smartphone addiction: The Mediating Role of Self-Control") adlı məqalə EBSCO, Index Copernicus kimi beynəlxalq elmi bazalarda indekslənən "Technium" jurnalının 46-cı sayında dərc edilib.

 

Tədqiqatın məqsədi Azərbaycanın müxtəlif bölgələrində yaşayan yetkinlərdə (N = 11-18; yaş həddi=18-63 yaş) özünüqiymətləndirmə və smartfon asılılığı arasında özünənəzarətin rolunu araşdırmaqdır.

 

Araşdırma zamanı əldə edilən nəticələr iştirakçıların özünüqiymətləndirməsi ilə özünənəzarəti arasında müsbət əlaqənin, smartfon asılılığı səviyyəsi isə özünüqiymətləndirmə və özünənəzarət ilə mənfi əlaqənin olduğunu göstərib.

 

Bununla yanaşı, struktur  modelləşdirməsindən əldə olunan nəticələr sübut edir ki, özünüqiymətləndirmə və smartfon asılılığı arasında özünənəzarət vacib rol oynayır.

 

Məqalə ilə ətraflı tanışlıq üçün aşağıdakı linkə keçid etmək olar

 

https://techniumscience.com/index.php/socialsciences/article/view/9310

 



21.08.2023 | 18:02