“Beynəlxalq münasibətlər və diplomatiya üzrə 2-ci yay məktəbi” layihəsi yekunlaşıb

“Bir Könüllü” Tələbə Təşkilatının təşkilatçılığı, Xəzər Universiteti və Topçubaşov Mərkəzinin tərəfdaşlığı ilə Şamaxı şəhərində həyata keçirilən “Beynəlxalq münasibətlər və diplomatiya üzrə 2-ci yay məktəbi” layihəsi başa çatıb. 

 

Yay məktəbi beynəlxalq münasibətlər, hüquqşünaslıq, regionşünaslıq, siyasi idarəetmə və əlaqəli ixtisaslarda təhsil alan ümumilikdə 25 tələbənin iştirakı ilə təşkil edilib.

 

Layihə müddətində Azərbaycanın xarici siyasəti, beynəlxalq münasibətlərə təsir edən faktorlar, enerji təhlükəsizliyi, Qarabağda yenidənqurma və davamlı inkişaf mövzuları barəsində sessiyalar həyata keçirilib. Bununla yanaşı, iştirakçılar arasında interaktiv qrup işləri aparılıb və sessiyaların sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, yay məktəbinin keçirilməsində məqsəd müxtəlif yerli, xarici universitetlərin tələbə və məzunlarına dünya, eləcə də regiondakı siyasi-iqtisadi vəziyyətin obyektiv qiymətləndirilməsi, gələcəkdə baş verə biləcək proseslərin düzgün proqnozlaşdırılması, xarici siyasət mövzuları üzrə müzakirələrdə iştirak imkanı yaratmaqla səmərəli öyrənmə platformasının təsis edilməsidir. 

 

 



23.08.2023 | 16:14