“BSU Creativity Workz” komandası “TEKNOFEST - Girişim Yarışması”nın final mərhələsində iştirak edəcək

Bakı Dövlət Universitetinin (BDU) “BSU Creativity Workz” komandası “TEKNOFEST - Girişim Yarışması”nın final mərhələsində iştirak edəcək. 

 

"TEKNOFEST - Girişim Yarışması" 30 avqust - 3 sentyabr tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində keçiriləcək. Yarışın məqsədi keçmiş illərdə (2018 - 2023) TEKNOFEST festivalının müxtəlif kateqoriyalarında yarışaraq finalçı və ya qalib olan komandaların hazırladığı prototipləri, biznes ideyalarını istehsalata hazır son məhsula çevirmək, onların beynəlxalq bazara çıxışını, investorlarla görüşünü təmin etməkdir. Qeyd edək ki, keçirildiyi illər ərzində "TEKNOFEST - Girişim Yarışması" vasitəsilə Türkiyədə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən 121 şirkət qurulub. 

 

Bu il "TEKNOFEST-Girişim Yarışması"nda 10 kateqoriya üzrə 2419 komanda yarışacaq. “BSU Creativity Workz” komandası yarışmaya "Ağıllı nəqliyyat texnologiyaları" kateqoriyası üzrə "Driver's Eye" layihəsi ilə qatılır.

 

Qeyd edək ki, "Driver's Eye" layihəsi bu ilin may ayında İstanbulda keçirilən “TEKNOFEST-2023” festivalında birinci yerə layiq görülüb.

 

 

 



29.08.2023 | 13:14