Kimyaçı alimlərin məqaləsi nüfuzlu xarici jurnalda dərc olunub

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutu (AKİ) alimlərinin tədqiqatlarının mühüm elmi nəticələri məqalə şəklində  dünyada məşhur “Web of Science” beynəlxalq elmi bazasına daxil olan “Springer” nəşriyyatı sayılan  “Afrika Kimya” (Chemistry Africa) adlı nüfuzlu xarici jurnalda dərc edilib

 

(Jeyhun HamidovaLamia KazimzadehElnara HasanovaElkhan Isakov, Faig Mammadov & Nargiz Huseynova “Copolymers of Caprylic Acid Allyl Ester with Butyl Methacrylate and Styrene as a Viscosity Additive for Lubricanting Oils”  Chemistry Africa (2023) DOI 10.1007/s42250-023-00760-x).

 

İnstitutdan bildirilib ki, məqalədə kapril turşusunun allil efirinin butilmetakrilat və stirolla ikili və üçlü birgə polimerləri sintez edilərək, müasir tələblərə cavab verən özlülük aşqarları kimi neft yağları, eləcə də sintetik yağların tərkibində özlülük aşqarı kimi tədqiq edilməsindən bəhs olunur.

 



29.08.2023 | 15:22