Pedaqoji Universitetin Azərbaycan və ingilis bölmələri üzrə qəbul planı 100 faiz dolub

Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulunun nəticələrinə əsasən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Azərbaycan və ingilis bölmələri üzrə qəbul planı 100 faiz dolub.

 

ADPU-dan bildirilib ki, yalnız rus bölməsində bir neçə boş yer qalıb. Ümumilikdə isə universitetin 2570 nəfərlik qəbul planı 96,42 faiz dolub. Beləliklə, ADPU-nun hər il qəbul planının 100 faizədək dolması ölkəmizdə və universitetdə aparılan davamlı islahatların, müəllimlik peşəsinin artan nüfuzunun  məntiqi nəticəsidir.

 

 



02.09.2023 | 11:11