Müddətli müqavilə ilə işə qəbul üzrə növbəti tura start verilir

Oktyabrın 13-dən 2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə əsasında müəllimlərin işə qəbulunun dördüncü turu üzrə elektron sənəd qəbuluna başlanılır.

 

Dördüncü turda müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə əvvəlki turlarda uğur qazanmayan, müəllimlərin işə qəbulu üzrə builki və ötənilki müsabiqədə iştrak edən şəxslər qatıla bilərlər. Müəllimlərin işə qəbulu üzrə ötənilki müsabiqədə uğur qazanmış müəllimlər ikinci iş yerində müddətli müqavilə ilə işləmək məqsədilə sözügedən prosesdə iştirak edə bilər.

 

Bakı şəhərinin ümumi təhsil müəssisələrinə ibtidai sinif müəllimlərinin müddətli müqavilə ilə işə qəbulu əvvəlki turlarda olduğu kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.

 

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun dördüncü turu üzrə elektron sənəd qəbulu oktyabrın 14-dək davam edəcək.

 



12.10.2018 | 17:51