AzTU Karamanoğlu Mehmetbey Universiteti ilə memorandum imzalayıb

Türkiyənin Karamanoğlu Mehmetbey Universitetinin rektoru professor Mehmet Gavğalının rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.

 

Görüş zamanı ikitərəfli əməkdaşlıq əlaqələri, xüsusilə Avropa İttifaqının proqramlarında birgə iştirak, qida mühəndisliyi, energetika sahələrində tələbə hazırlığı və digər məsələlər müzakirə olunub.

 

Görüşdən sonra universitetlər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. 

 



06.09.2023 | 13:16