Sertifikatlaşdırmanın müsahibə mərhələsinə başlanılır

Sentyabrın 8-dən sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə start veriləcək. 

 

Müsahibə mərhələsinə dair Azərbaycan və rus bölmələri üzrə mövzular 18 avqust tarixində müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər miq.edu.az saytı və ya portal.edu.az platforması vasitəsilə hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.

 

Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.

 



07.09.2023 | 10:00