Naxçıvan Dövlət Universitetinin komandası Enactus Azərbaycan Milli Yarışının qalibi olub

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən, Azərbaycan Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Enactus Azərbaycan”ın birgə tərəfdaşlığı, BP Azərbaycan şirkətinin baş sponsorluğu ilə keçirilən 2023 Enactus Azərbaycan Milli Yarışının final mərhələsində Naxçıvan Dövlət Universitetinin (NDU) ENACTUS komandası I yerin sahibi olub.

 

ADA Universiteti, Azərbaycan-Fransız Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Gəncə Dövlət Universitetinin iştirak etdiyi yarışa NDU-nun ENACTUS komandası “Zeropollution”, “Termobee” layihələri ilə qatılmışdı.

     

ENACTUS komandası oktyabr ayında Niderland Krallığının Utrext şəhərində keçiriləcək dünya  çempionatında  Azərbaycanı təmsil edəcək.

 



08.09.2023 | 15:39