Abşeron – Xızı regionu üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib

Sentyabrın 11-də Abşeron – Xızı Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.

 

Tədbirdən əvvəl qonaqlar ümummilli lider Heydər Əliyevin Sumqayıt şəhərində yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

 

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.  Sonra ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. 

 

Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov ölkəmizdə həyata keçirilən təhsil siyasəti, qabaqcıl dünya təhsil sistemlərinə inteqrasiya, bu sahədə müasir infrastruktur və maddi-texniki bazanın formalaşdırılması, kadr potensialının gücləndirilməsi məsələlərinə toxunublar. 

 

Daha sonra Abşeron – Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrinin 1 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

 

2022–2023-cü tədris ilinin yekunlarına dair hesabat çıxışı edən Abşeron – Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva görülmüş işlər və əldə edilmiş nailiyyətlər, eləcə də yeni dərs ilində qarşıda duran vəzifələr barədə məlumat verib. 

 

Konfransda həmçinin bir sıra məktəb və bağçaların müəllim, tərbiyəçi-müəllimləri ötən tədris ilində əldə etdikləri nailiyyətlərə görə mükafatlandırılıblar.

 

Tədbirdə Sumqayıt şəhəri 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifaları maraqla qarşılanıb.

 

 



12.09.2023 | 10:00