Qax, Zaqatala və Daşkəsəndə məktəb açılışları olub

Sentyabrın 14-də Qax rayonu Zakir Müslümov adına Qum kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.

 

Açılış mərasimində elm və təhsil nazirinin müavini İdris İsayev, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Şəki – Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova, Qax rayonu üzrə təhsil sektorunun müdiri Babək Heydərov, şəhid ailələrinin üzvləri, məktəbin müəllim-şagird kollektivi, valideynlər iştirak ediblər.

 

Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. 

 

Tədbir iştirakçıları tədris ocağında yaradılmış şəraitlə tanış olublar. 

 

Qeyd edilib ki, məktəb binası 264 şagird yerlikdir. Məktəbdə 14 sinif otağı ilə yanaşı, fizika, kimya laboratoriyaları, idman və akt zalları, kitabxana, yeməkxana, çağırışaqədərki hazırlıq, tibb otağı, stadion şagirdlərin istifadəsinə verilib.

 

***

 

Sentyabrın 14-də Zaqatala rayonu Aydın Babayev adına Mosul kənd tam orta məktəbinin açılış mərasimi keçirilib. 

 

Açılış mərasimində elm və təhsil nazirinin müavini İdris İsayev, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Şəki – Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova, Zaqatala rayonu üzrə təhsil sektorunun müdiri Kəmalə Əhmədova, şəhid ailələrinin üzvləri, məktəbin müəllim, şagird kollektivi və valideynlər iştirak ediblər.

 

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. 

 

Tədbir iştirakçıları yeni tədris ocağında yaradılmış şəraitlə tanış olublar. 

 

Bildirilib ki, məktəb binası 487 şagird yerlikdir. İkimərtəbəli binada sinif otaqları ilə yanaşı, fizika, kimya laboratoriyaları, idman və akt zalları, kitabxana, yeməkxana, çağırışaqədərki hazırlıq, tibb otağı, stadion şagirdlərin istifadəsinə verilib.

 

***

 

Sentyabrın 14-də Daşkəsən şəhəri A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbin yeni tikilmiş binasının açılış mərasimi keçirilib. 

 

Açılış mərasimində elm və təhsil nazirinin müavini Həsən Həsənli, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Vüqar Məmmədov, Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

 

Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. 

 

Tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə də tanış olublar. 

 

Bildirilib ki, yeni tikilmiş məktəb 360 şagird yerlikdir. 15 sinif otağından ibarət təhsil müəssisəsində 3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 150 yerlik akt zalı, idman zalı, kitabxana və 70 yerlik yeməkxana fəaliyyət göstərəcək.

 

 



14.09.2023 | 18:48