30 ildən sonra Füzulidə ilk dərs günü

Sentyabrın 15-də Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə “Bilik Günü” tədbiri keçiriləcək. 

 

2023-2024-cü tədris ilində sözügedən məktəbdə 160 şagirddən ibarət 11 sinif təşkil edilib və 15 müəllim burada tədris aparacaq.

 

Qeyd edək ki, 960 şagird yerlik ikimərtəbəli məktəb binasında 24 nəfərlik 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana və kitabxana mövcuddur. Məktəb üçün ayrılan 3 hektar ərazi futbol meydançası, 8 söhbətgah, uşaqlar üçün oyun meydançası, elektrik şəbəkəsi binası, fərdi qazanxana, su hovuzu və digər zəruri yardımçı binalardan ibarətdir.

 

 



15.09.2023 | 11:11