BDU-da İsrail universitetləri ilə bağlı təqdimat keçiriləcək

Oktyabrın 9-da saat 15.00-da Bakı Dövlət Universitetində (BDU) “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində hədəf universitetlər kimi seçilmiş dörd İsrail universiteti barədə tələbələrin məlumatlandırma tədbiri keçiriləcək.

 

Universitetdən bildirilib ki, tədbirdə İsrailin İsrail Texnologiya İnstitutu (Technion), Yerusəlim İbrani Universiteti (HUJI), Təl-Əviv Universiteti (TAU) və Veysman İnstitutundan olan nümayəndələr sözügedən ali təhsil müəssisələri haqqında tələbələri maraqlandıran sualları cavablandıracaqlar. Tədbir BDU-nun yeni tədris binasının dəyirmi zalında keçiriləcək.  

 

Tədbirdə iştirak üçün qeydiyyat vacibdir. Qeydiyyat və əlavə məlumat üçün BDU-nun Beynəlxalq əlaqələr şöbəsinə yaxınlaşa bilərsiniz.

 



22.09.2023 | 15:03